...

SOCAR "LUKoyl" və GDF Suez arasında Azərbaycanın neft layihəsində payın güzəştə gedilməsi haqqında sazişi təqdir edib

Energetika Materials 13 Noyabr 2008 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir S.Əliyev/ SOCAR şirkəti Rusiyanın "LUKoyl" və Fransanın GDF Suez şirkətləri arasında Azərbaycanın "Yalama" perspektivli dəniz strukturunun işlənilməsi üzrə layihədə payın qismən güzəştə gedilməsi haqqında sentyabrın əvvələrində bağlanmış sazişi təqdir edib, - SOCAR- ın yüksək vəzifəli nümayəndəsi cümə axşamı bildirib.

"Yalama"da ikinci kəşfiyyat quyusunun qazılması artıq başlayıb. İşlər Danimarkanın Maersk Drilling şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusundan həyata keçirilir.

Sentyabrın əvvəlində "LUKoyl" Azərbaycanın "Yalama" layihəsində 15 faiz iştirak payını Fransanın GDF Suez enreji Holdinqinə güzəştə gedib. Hazırda layihədə iştirak payı aşağıdakı kimidir: "LUKoyl" (operator) - 65 faiz, SOCAR - 20 faiz və GDF Suez - 15 faiz. "LUKoyl" və GDF Suez arasında sazişin dəyəri açıqlanmır.

"LUKoyl" və SOCAR arasında D-222 bloku üzrə PSA tipli saziş 1997-ci il iyulun 3-də imzalanıb.

D - 222 bloku bərabər hissələrlə Xəzərin Azərbaycan və Rusiya sektorlarında sahildən 30 km məsafədə və 80-700 metr dərinlikdə yerləşən "Yalama" strukturunun bir hissəsidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti