...

Yuşşenko Timoşenkonun Odessa - Brodı neft kəmərindən avers rejimdə istifadəsinə razılaşmayacağını güman edir

Energetika Materials 14 Noyabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan,B akı, 14 noyabr/ Trend / Ukrayna prezidenti Viktor Yuşşenko əmindir ki, ölkənin Baş naziri Yuliya Timoşenko Odessa - Brodı neft kəmərindən avers rejimdə istifadə ilə razılaşmayacaq. UNİAN-ın verdiyi xəbərə görə, dövlət başçısı Bakıda keçirilən IV Enerji Sammiti başa çatdıqdan sonra bu barədə jurnalistlərə məlumat verib.

"Odessa-Brodı neft kəmərinin revers rejimdə işləməsi müstəsna olaraq siyasi məsələdir", - Yuşşenko bildirib və əlavə edib ki, "burada iqtisadiyyat yoxdur".

Prezidentin sözlərinə görə, Rusiya neftini Odessaya necə çatdırmaq kimi problemlər mövcud deyil. Ukrayna dövlətinin başçısı izah edib ki, hazırda bu neft kəməri ilə nəql edilən 6 mln. ton nefti, Brodı vasitəsilə nəqletməyə əlavə məsafə və vəsait sərf etmədən, Axtırkadan Odessaya bir barelinə görə 2 dollar ucuz nəql etmək olar.

"Düşünürəm ki, onun verdiyi vədləri nəzərə almaqla, Baş nazir Ukraynaya neft tədarüklərinin diversifikasiyasına getməyəcək", - Yuşşenko bildirib.

Bununla yanaşı, o əmin edib ki, bu faciə deyil və "gələn ilin birinci yarısının sonundan başlayaraq, biz boru kəmərinin avers rejimdə işləməsi üçün zəruri neft həcmi ilə təmin olunacağıq".

"Əminəm ki, o zaman bizim milli maraqlara cavab verən sağlam siyasəti realizə etməyi bacaracaq hökumətimiz olacaq", - Yuşşenko qeyd edib.

Odessa-  Brodı neft kəmərindən avers rejimdə istifadə onun tikintisi layihəsində nəzərdə tutulub.

"Odessa-Brodı" neft kəməri layihəsi Ukrayna NEZ-ə neft tədarüklərinin diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı üçün nəzərdə tutulub. "Odessa-Brodı" neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, borunun diametri 1020 mm - dir. Neft kəməri və terminalın birinci növbəsinin gücü ildə 9-14 mln. ton təşkil edir.

Odessa-Brodı neft kəmərini Xəzər neftinin Avropaya nəqli üçün istifadə etmək planlaşdırılırdı. Ukrayna kəmərin tikintisindən sonra iki il ərzində Xəzər neftinin bu boru kəməri ilə birbaşa istiqamətdə nəqli haqqında razılığa gəlməyə çalışıb. Şirkətlər tərəfindən konkret təklif almayan Ukrayna hökuməti 2004-cü ilin iyununda boru kəmərindən Rusiya neftinin revers istiqamətdə nəqli üçün istifadəsinə icazə verib. Beləliklə, tikildiyi vaxtdan neft kəməri revers rejimdə istifadə olunur ki, bu da Rusiya neftinin Brodıdan Odessaya və sonra tankerlərlə Qara dəniz boğazlarından nəqlini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti