...

Enerji layihələri Azərbaycan və Gürcüstanın Böyük Avropaya inteqrasiyasına yardım edir - The Heritage Foundation-in analitiki Ariel Koen

Energetika Materials 14 Noyabr 2008 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir V.Javoronkova/ Enerji layihələri ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı üçün yaxşı üsuldur. "Belə növ layihələr Gürcüstan və Azərbaycanın Böyük Avropaya inteqrasiyasına yardım edəcək", - bu gün Bakıda keçirilmiş dördüncü enerji sammitinin yekunlarını şərh edən The Heritage Foundation-in (ABŞ) analitiki, politoloq Ariel Koen cümə günü İsraildən telefonla Trend -a bildirib.

"Ukrayna enerji dəhlizi üçün əsas dövlətdir. Tranzit ölkə kimi o çox vacibdir", - Koen bildirib.

Analitik Rusiyanın bu enerji layihələrində iştirakını arzuolunan hesab edir.

"Rusiyanın planlar haqqında tam məlumatlandırılması və hətta bu planlarda müəyyən dərəcədə iştirak etməsi vacibdir. Belə ki, amerikalıların söylədikləri kimi, "Rusiyanın çadırın içərisində olması, kənarda olmasından yaxşıdır", - The Heritage Foundation-in analitiki bildirib.

Bakıda keçirilmiş sammitdə Avropanın enerji təhlükəsizliyini təmin etməyə və neft və qazına alternativ ixrac marşrutlarını yaratmağa imkan verən layihələr müzakirə edilib.

 

Bakı Enerji Sammitinin Bəyannaməsinə 15 ölkə qoşulub - Azərbaycan, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, İtaliya, Latviya, Litva, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna, İsveçrə, Estoniya və Avropa Komissiyası.

Xəbər lenti

Xəbər lenti