Azərbaycan, Bakı, 17 noyabr / Trend / Yanvar-oktyabr ərzində Xaçmaz modul elektrik stansiyası tərəfindən proqnozlaşdırılan 312 mln. kVt/saata nisbətdə 338 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yayılan məlumatında bildirilir.
Oktyabrda stansiya tərəfindən 38 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu, proqnozlaşdırılan göstəricilərdən 3,4 mln. kVt/saat çoxdur.
Xaçmaz elektrik stansiyası ümumi gücü 87 MVt olan on aqreqatdan ibarətdir. Stansiya 2006-cı ildə istismara verilib.