Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir E.İsmayılov/ "İlin sonunadək Gürcüstanda SOCAR (Azərbaycanın Dövlət Neft Şirkəti) brendi altında yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 21 ədəd təşkil edəcək", - SOCAR şirkətinin baş direktoru Mahir Məmmədov çərşənbə axşamı bildirib.
Onun sözlərinə görə, hazırda Gürcüstanda 17 YDM var, yaxın bir neçə gündə daha iki YDM-in açılışı planlaşdırılır.
2009-cu ildə SOCAR şirkətinin Gürcüstandakı YDM-in sayı 35- 40 ədəd təşkil edəcək, iki - üç il ərzində isə, onların sayı 60-a çatdırılacaq, - işlərə yaxın digər mənbə əvvəllər bildirib.
SOCAR Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]