...

SOCAR şirkəti yeni geofiziki avadanlıq alıb

Energetika Materials 21 Noyabr 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend / SOCAR şirkətinin Geofizika və Geologiya İdarəsi quruda və dənizdə aparılan işlərin səviyyəsinin artırılması üçün stasionar və özügedən karotaj qaldırıcıları alıb, - Idarənin cümə günü yayılan məlumatında bildirilir. Hazırda qurğular yoxlama sınaqlarından keçirilir.

Karotaj - qazma üsulu ilə quyuların öyrənilməsi və elektrik, maqnit, radioaktiv, akustik və digər üsulların köməyi ilə ölçmələrin aparılmasıdır.

Yeni avandalıq Hollandiyanın ASEP şirkətindən alınıb. Qaldırıcıların uzunluğu 6,06 m, hündürlüyü - 2,66 m, eni - 2,44 m, çəkisi - 11 tondan çoxdur. Qurğularda 7-8 min metr uzunluğunda 11-13 millimetrlik geofiziki kabellərdən istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti