Azərbaycan, Bakı, 22 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair növbəti tenderi yekunlaşdırıb. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar Departamentinin məlumatında bildirilir.
Bir milyon barel həcmində olan neft partiyası dekabrın 8 - 9- da Yeni Zelandiyanın Sumato Energy Group Limited treyderi tərəfindən göndəriləcək.