...

Azərbaycanın "Şahdəniz" dən aldığı qazın həcmi xeyli artacaq

Energetika Materials 27 Noyabr 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Yanvar - oktyabrda Azərbaycan "Şahdəniz" qaz -kondensat yatağından 2,1 mlrd. kubmetrdən çox qaz alacaq. Bu, 2007-ci ilin analoji dövründə təqribən 1,2 mlrd kubmetrə bərabər olub. Bu barədə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat veriblər.

"Şahdəniz" layihəsində SOCAR-ın iştirak payına 462 mln. kubmetr qaz düşür, bu yataqdan çıxarılan qalan hissəni - təqribən 1,7 mlrd. kubmetr qazı Dövlət Neft Şirkəti alıb.

Azərbaycan ümumilikdə 2008 - ci il ərzində "Şahdəniz" yatağından 2 mlrd. 900 mln. kubmetr qaz əldə etməyi planlaşdırır.

Yataqda dörd quyu işləyir. Potensial sutkalıq debit təqribən 2 mln. kubmetr qaza bərabərdir.

"Şahdəniz"in işlənmə layihəsi üzrə "Mərhələ -1" çərçivəsində plato mərhələsində 8,6 mlrd. kubmetr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti