...

Çexiya nümayəndə heyəti Türkmənistanın Yanacaq Enerji Kompleksində əməkdaşlıq məsələlərini müzakirə edir

Energetika Materials 2 Dekabr 2008 14:55 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 02 dekabr / Trend , müxbir S.Qurbanov/ Çexiya Respublikasının xarici siyasət idarəsinin aparıcı departamentləri kuratorlarının təmsil olunduğu rəsmi nümayəndə heyəti çərşənbə axşamı Aşqabadda həmkarları ilə Türkmənistanın Yanacaq Enerji Kompleksində (YEK), xüsusən qaz sahəsində əməkdaşlıqla bağlı danışıqlar aparır.

Çexiyanı yaxın yarım il ərzində Avropa İttifaqında sədrlik vəzifəsi gözləyir. Türkmənistan XİN-də nümayəndə heyəti üzvlərini qəbul edəcəklər, eyni zamanda ölkənin bir çox nazirlik və qurumlarında, o cümlədən Yanacaq Enerji Kompleksində görüşlər keçiriləcək.

Aİ istehlak bazarını diversifikasiya etmək - ilk növbədə, Rusiya Federasiyasından təbii qazın nəqlindən asılılığı azaltmaq üçün türkmən qazının uzunmüddətli əsasda ixracında maraqlıdır.

Aşqabadın fikrincə, qarşıdakı danışıqlar dövlətlərarası dialoqun gələcək inkişaf vektorlarını dəqiq təyin etməyi və Praqanın Türkmənistanla ikitərəfli və çoxtərəfli qaydada, ən başlıcası, Aİ və Mərkəzi Asiya strategiyalarının realizəsi çərçivəsində tammiqyaslı qarşılıqlı əlaqələr qurmasını tələb edir.

Müəlliflə əlaqə ünvanı: capital

Xəbər lenti

Xəbər lenti