...

Ceyhandan SOCAR - ın neftinin ixracı xeyli artıb

Energetika Materials 4 Dekabr 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekab/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) yanvar - noyabr ərzində Bakı - Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə ötən ilin analoji dövründəki 5,97 mln. tona qarşı 18,8 mln. ton neft ixrac edib, - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cümə axşamı yayılan məlumatında bildirilir.

2006-cı ildə BTC boru kəməri ilə 1 mln. 402,95 min ton neft ixrac edilib (kəmərlə neftin ixracı 2006 - cı ilin mayında başlayıb).

Bakı -Tbilisi - Ceyhan boru kəməri ilə "Azəri - Çıraq - Günəşli" yataqlar blokundan hasil edilən yüngül Azərbaycan nefti və "Şahdəniz" yatağından hasil edilən kondensat ixrac olunur. Boru kəmərinin maksimal layihə ötürmə gücü 1 mln. barel neftə bərabərdir.

Bu boru kəməri ilə neft Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə, Türkiyənin Ceyhan Aralıq dənizi limanına çatdırılır.

Xəbər lenti

Xəbər lenti