Azərbaycan, Bakı, 15 dekabr/ Trend / Azərbaycanda Amerikanın Geospace Technologies Corporation geofiziki şirkətinin filialı qeydiyyata alınıb, - Azərbaycanın Vergilər Nazirliyi saytının "Vahid pəncərə" bölməsində yerləşdirilmiş məlumatda deyilir.
ASC-nin təsisçisi Amerikanın Geospace Technologies Corporation şirkətidir.
Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi qismində Maykl Şin çıxış edir.
Şirkət Vergilər Nazirliyində noyabrın 4-də qeydiyyatdan keçib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]