...

Aşqabad və Sofiya energetika məsələlərini müzakirə edəcək

Energetika Materials 19 Dekabr 2008 10:57 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 19 dekabr/ Trend , müxbir E.Həsənov/ Bu gün səhər Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmməd və Bolqarıstan prezidenti Qeorqi Pırvanov energetika, nəqliyyat və turizm məsələlərini müzakirə edəcəklər. Bu barədə danışıqlara yaxın mənbədən məlumat verilib. Türkiyə səfərini başa vuran Bolqarıstan lideri dünən axşam Aşqabada ilk dövlət səfərinə gəlib.

Pırvanov Turkiyə rəhbərliyi ilə Rvusiya Qazpromunun Avropa bazarlarındakı hegemonluğunun azaldılmasına yönəldilmiş Nabucco transmilli qaz kəməri layihəsi barədə danışıb. Texniki-iqtisadi əsaslandırmaya görə, xammal bazası kimi Türkmənistanın iri təbii qaz icxracatçısı olduğu Xəzər regionunun karbohidrogen ehtiyatları da nəzərdən keçirilir.

Günün ikinci yarısında Türkmənistan paytaxtında birgə biznes-forumun keçirilməsi planlaşdırılıb.

Türkmənistanın İqtisadiyyat və İnkişaf Nazirliyinin məlumatına əsasən, 2008-ci il dekabr ayının 1-nə olan vəziyyətə görə, ölkə ərazisində iyirmi layihə qeydiyyatdan keçib. Bu layihələrdə Bolqarıstanın podratçı qismində fəaliyyət göstərən şirkətlərinin payı təqribən 7,3 mln dollar və 141 mln türkmən manatı təşkil edir. Bundan əlavə doqquz müəssisə bolqar kapitalı payı ilə fəaliyyət göstərir. Onların fəaliyyət sahəsinə tikinti, konstaltinq və topdan satış ticarət daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti