...

SOCAR-ın Kompleks Qazma İşləri Tresti qazma həcmini artırıb

Energetika Materials 26 Dekabr 2008 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr/ Trend / SOCAR-ın (Azərbaycan Dövlət Neft Şİrkəti) Kompleks Qazma İşləri Tresti yanvar-noyabrda ilin sonunadək planlaşdırılan 144730 metrə nisbətən 163194 metr qazma işi aparıb. Bu barədə "Buruq" qəzetinə müsahibəsində trest rəhbəri İskəndər Şirəli bildirib.

Yanvar-noyabrda trest tərəfindən sifarişçilərə 118 ədəd həcmində illik plana nisbətdə 120 quyu təhvil verilib.

Trest sutkalıq debiti 120 ton neft olan "Günəşli - 247", "Günəşli -165" - sutkalıq debiti 40 ton neft və 70 min kubmetr qaz, "Günəşli -431" - sutkalıq debiti 150 ton neft və 40 min kubmetr qaz, "Günəşli -164" - sutkalıq debiti 65 ton neft və 46 min kubmetr qaz, həmçinin sutkalıq debiti 70 min kubmetr təşkil edən "Qalmaz-437" quyularını istismara verib

2009-cuildə trest 163 min metr qazma aparmaq niyyətindədir. 100 quyu üzərində işə başlanması planlaşdırılır ki, onlardan 86-nın qazması başa çatdırılacaq. 2009-ci ilin sonunadək plana əsasən sifarişçilərə 88 yeni quyu təhvil verilməlidir.

Xəbər lenti

Xəbər lenti