...

SOCAR iri dəniz yatağında yeni quyu qazmağa hazırlaşır

Energetika Materials 29 Dekabr 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / , müxbir E.İsmayılov/ "Günəşli -19" platformasında genişləndirilmə işləri başa çatdıqdan sonra, iki ay ərzində yeni neft quyusunun qazmasına başlanılması planlaşdırılır. Bu barədə SOCAR şirkətində işlərə yaxın mənbə bildirib.

"Tikinti işləri ay ərzində başa çatdırılmaldır, lakin qazma təqribən iki aydan sonra başlanacaq. İşlər əvvəl başa çatdırılmalı idi, lakin tikinti işlərinin aparılması üçün boş gəmi olmadığından, bu iş uzanıb", - deyə mənbə bildirib.

Yeni quyunun layihə dərinliyi 2800 metr təşkil edəcək.

Bazar ertəsi "Günəşli -14" platformasındakı qaz quyusunda dəlikaçma işləri başlamalıdır. Bu işlər başa çatdıqdan sonra quyunun mənimsənilməsinə başlanacaq. Mənbə bildirib ki, onun dərinliyi 2970 metrdir.

Hər iki quyu "28 May" Neft - Qaz Çıxarma İdarəsinin (NQÇİ) balansına daxildir.

"Günəşli" SOCAR-ın müstəqil şəkildə istismar etdiyi ən iri neft - qaz yatağıdır. SOCAR tərəfindən hasil edilən neftin ümumi həcminin 60 faizi, qazın 70 faizi onun payına düşür.

Yeni quyuların qazılması SOCAR-ın təsdiq etdiyi "Günəşli" dəniz neft - qaz yatağını istismar edən NQÇİ-nin 2008 - 2010 - cu illər yeni inkişaf proqramı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində neft hasilatının stabilləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılmsı planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti