...

Gürcüstanda neft məhsulları üzrə yeni standartlar onların Azərbaycandan ixracında əks olunmayacaq - SOCAR Energy Georgia-nın rəhbəri

Energetika Materials 5 Yanvar 2009 12:49 (UTC +04:00)
Gürcüstanda neft məhsulları üzrə yeni standartlar onların Azərbaycandan ixracında əks olunmayacaq - SOCAR Energy Georgia-nın rəhbəri

Gürcüstan, Tbilisi, 05 yanvar/ Trend Cap , müxbir N.Kirtsxaliya, E.İsmayılov/ Yanvarın 1-dən Gürcüstanda neft məhmsulları üçün yeni standartların tətbiq edilməsi Azərbaycanın neft məhsullarının Gürcüstan bazarına ixracında qətiyyən öz əksini tapmayacaq. Bu barədə bazar ertəsi SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədov bildirib.

Gürcüstan hakimiyyətinin qərarı ilə, yanvarın 1-dən ölkədə neft məhsulları üçün yeni standartlar tətbiq edilib. Bu standartlara əsasən, neft məhsullarında benzolun miqdarı beş əvəzinə üç faiz, kükürdün miqdarı bir kiloqram 250 milliqram təşkil etməlidir. Bu standart 2008-ci ildən qüvvəyə minməlidir, lakin onun tətbiqi bir il müddətinə təxirə salınıb.

"Bu aralıq standartlar Avro-4 və ya Avro-5 standartları deyil və onlar Azərbaycanın neft məhsulları üçün məqbuldur", - deyə Məmmədov bildirib.

2010-cu ildən standartlar daha da sərtləşdiriləcək. Belə ki, benzolun miqdarı 1 faizə endiriləcək, kükürv isə 150 milliqramadək.

Məmmədov bildirib ki, o vaxtadək Azərbaycanın neft məhsulları bu standartlara cavam verəcək.

2009-cu ildə Azərbaycandan Gürcüstğana 400 mindən çox neft məhsulları ixrac olunacaq, "Ötən il də eyni həcm qeydə alınmışdı, düşünürəm ki, 2009-cu ildə ixrac bundan az deyil, hətta çox ola bilər", - deyə Məmmədov bildirib.

SOCAR Energy Georgia Gürcüsta-nın neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satır, yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. SOCAR Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti