...

SOCAR elektrik stansiyalarına göndərilən qazın həcmini artırıb

Energetika Materials 5 Yanvar 2009 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend / 2008 - ci ilin yanvar - noyabrında yanacaq qismində istifadə edilmək üçün "Azərenerji" SC-yə 2007 - ci ilin analoji dövründəki təxminən 2,9 mlrd. kubmetrə qarşı 4,4 mlrd. kubmetr qaz verilib, - SOCAR şirkətinin məlumatında deyilir.

Noyabrda "Azərenerji"yə 2007 - ci ilin analoji dövründəki təxminən 443,03 mln. kubmetrə qarşı 479,92 mln. kubmetr qaz verilib.

2007- ci ilin aprelindən Azərbaycanda dövlət idarələri arasında qaz əməliyyatları üzrə hesablaşma sxemi dəyişdirilib. SOCAR şəxsi qazını birbaşa "Azərenerji" SC-yə satır. Əvvəllər şirkət bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirirdi.

Dövlət Neft Şirkəti qazın 1 min kubmetrini 42 manata "Azəriqaz" Səmhdar Cəmiyyətinə, o isə, öz növbəsində, yanacağı elektrik enerjisi istehsalı üçün "Azərenerji"yə satırdı.

"Azəriqaz"ın tədarük etdiyi qaza görə"Azərenerji"nin ödənişi aşağı olduğundan, sonuncunun alınmış yanacağa görə SOCAR - a borcu yaranırdı. Hazırda "Azəriqaz" yalnız qazı elektrik stansiyalarına nəql edir.

Xəbər lenti

Xəbər lenti