...

SOCAR Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 6 Yanvar 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) 2008-ci ilin aprel-noyabrında Gürcüstana təqribən 610,5 mln. kubmetr qaz ixrac edib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

Noyabrda ixrac həcmi 87,52 mln. kubmetr qaz təşkil edib. Gürcüstana "mavi yanacaq" tədarükü apreldən başlanıb.

Gürcüstana sutkada təqribən 1,5 mln. kubmetr qaz tədarük olunur. SOCAR istifadəsində olan yataqlardan hasil etdiyi şəxsi qaza malikdir.

Ötən ilin mayında SOCAR İrana 30 mln. kubmetr şəxsi təbii qaz tədarük edib.

Tədarüklər "Azəriqaz" QSC-nin boru kəmərləri vasitəsilə həyata keçirilir. Qaz İran İslam Respublikasına 1000 kubmetri 300 dollara reallaşdırılıb.

Azərbaycan və İranı 1474,5 km uzunluğunda Qazıməhəmməd-Astara-Bind-Biand qaz kəməri bağlayır. Kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin uzunluğu 296,5 kilometrdir, nəql gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trassında - Qazıməhəmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqli sistemi 55 atm. təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 mm.dir.

Xəbər lenti

Xəbər lenti