...

Ukrayna nümayəndə heyəti  Aİ ölkələri energetika nazirlərinin iclasında iştirak etmək niyyətindədir

Energetika Materials 12 Yanvar 2009 19:08 (UTC +04:00)

Ukrayna, Kiyev, 12 yanvar/ Trend , müxbir Z.Novsvitski/ Ukraynanın nümayəndə heyəti Avropa İttifaqına üzv ölkələrin energetika nazirlərinin bu günkü iclasında iştirak etmək niyyətindədir. Bu barədə Ukraynanın Yanacaq və Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.

Ukrayna tərəfindən iclasda Baş nazirin müavini Qriqori Nemırya, energetika naziri Yuri Prodan, "Naftoqaz Ukrainı" şirkəti Idarə Heyəti sədrinin birinci müavini İqor Didenko iştirak edə bilər.

Bu gün Brüsseldə qaz sahəsində vəziyyətin qiymətləndirilməsi üçün Avropa İttifaqının energetika məsələləri üzrə Nazirlər Şurasının fövqəladə iclası keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti