...

ABŞ 2010 - cu ildə dünyanın neft tələbatının kəskin artacağını gözləyir

Energetika Materials 14 Yanvar 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir A.Bədəlova/ ABŞ - ın Enerji İnformasiyaları İdarəsi (EIA) dünyanın neft tələbatının, ötən ilki azalmadan sonra, 2010-cu ildə sutkada 880 min barel artaraq, 85,98 mln. tona çatacağını pronozlaşdırır. EIA-nın məruzəsində bildirilir ki, gələn il tələbat artımı dünyanın iqtisadi artım tempinin bərpa olunması fonunda baş verəcək.

2009 - cu ildə, EIA - nın proqnozlarına görə, dünya tələbatı sutkada 85,1 mln. barel təşkil edəcək ki, bu da  ötən ilə nisbətən sutkada 800 min barel azdır.

EIA - nın məruzəsində  qeyd edilir ki, neftə tələbat artımı İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İƏİT) hüdudlarından kənarda, xüsusilə də Çin, Yaxın Şərq və Latın Amerikasında yaranacaq.

EIA 2009 - cu ildə İƏİT ölkələrində neftə tələbatın 2008 - ci ilin 47,71 mln. barelinə nisbətdə 46,41 mln. barel azalacağını proqnozlaşdırır. 2010 - cu ildə bu ölkələrdə "qara qızıl"a tələbat, EIA - nın gözləmələrinə əsasən, dəyişilməz qalacaq.

İƏİT-ə daxil olmayan ölkələrdə  2009-cu ildə neftə tələbat sutkada 0,49 mln. barel artaraq, 38,69 mln. barelə çatacaq. Bu göstərici 2008 - ci ildə 38,2 mln. barel olub. 2010-cu ildə bu ölkələrdə tələbat sutkada 0,88 mln. barel artımla, 39,57 mln. barelə çatacaq.  

EIA - nın proqnozlarına görə, dünya üzrə neft tədarüklərinin həcmi 2009-cu ildə sutkada 0,53 mln. barel azalıb, 84,93 mln. barelə düşəcək. Bu göstərici 2008-ci ildə 85,46 mln. barelə barəbər olub. 2010-cu ildə dünya üzrə neft tədarükü həcmləri sutkada 86,59 mln. barelədək artacaq. 

2009 - cu ild İƏİT ölkələri  20,71 mln. barel neft tədarük edəcək ki, bu da  ötən illə müqayisədə, sutkada 0,16 mln. barel azdır. 2010 - cu ildə İƏİT ölkələrinin tədarük həcmləri  sutkada 20,42 mln. barelədək azalacaq.

İƏİT-ə daxil olmayan dövlətlərin neft tədarükü həcmləri 2009 - cu ildə sutkada 0,36 mln. barel azalma ilə 64,22 mln. barelə çatacaq. Bu göstərici   keçən il 64,58 mln. barel olub. 2010 - cu ildə bu ölkələr sutkada  66,17 mln. barel neft tədarük edəcək.    

Dövlət Enerji İnformasiyaları İdarəsi ABŞ-ın 1977-ci ildə Konqres tərəfindən yaradılan Enerji Departamentinin strateji agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti