...

Londonda Odessa – Brodı - Plotsk layihəsinin realizəsi çərçivəsində görüş keçirilib

Energetika Materials 16 Yanvar 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir E.İsmayılov/

Bu həftə Odessa - Brodı - Plotsk boru kəməri layihəsinin texniki - iqtisadi əsaslandırmasının hazırlanması çərçivəsində, Londonda "Sarmatiya" BM - in iştirakçılarının görüşü baş tutub, - Ukraynanın Azərbaycandakı səfirliyi yanında ticarət və iqtisadiyyat missiyası rəhbərinin müavini Taras Timçişin cümə günü bildirib.

Brodı - Plotsk neft kəməri layihəsinin realizəsi üçün Ukrayna, Azərbaycan, Polşa, Gürcüstan və Litvanın iştirak etdiyi "Sarmatiya" BM yaradılıb. Şirkətin əsas fəaliyyət istiqamətləri layihə - smeta sənədləşdirməsinin hazırlanması, sərmayələrin cəlb edilməsi, tikinti işlərinin təmin olunmasıdır.

"Bu layihə Odessa - Brodı deyil, daha geniş götürmək lazımdır - bu, Avrasiya neft  nəqli dəhlizi layihəsidir", - Timçişin deyib.

Timçişin keçirilmiş gedişin təfərrüatını açıqlamayıb. Onun sözlərinə görə, "biz formal qərarı gözləyirik".

Odessa - Brodı - Plotsk neft nəqli layihəsi Ukrayna NEZ - ə neft tədarüklərinin diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı üçün nəzərdə tutulub. Odessa -Brodı - Plotsk neft kəmərinin tikintisi 2002 - ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, borunun diametri 1020 mm- dir. Neft kəməri və terminalın birinci növbəsinin gücü ildə 9-14 mln. ton təşkil edir.

Odessa - Brodı - Plotsk magistral neft kəməri 2001 - ci ildə çəkilib. Bir neçə il ərzində o, istifadəsiz qalıb.Ukrayna hökuməti 2004 - cü il iyunun sonunda boru kəmərindən Rusiya neftinin revers istiqamətdə nəqli üçün istifadəsinə icazə verib

Odessa - Brodı neft kəmərini Xəzər neftinin Avropaya nəqli üçün istifadə etmək planlaşdırılırdı. Ukrayna kəmərin tikintisindən sonra iki il ərzində Xəzər neftinin bu boru kəməri ilə birbaşa istiqamətdə nəqli haqqında razılığa gəlməyə çalışıb. Şirkətlər tərəfindən konkret təklif almayan Ukrayna hökuməti 2004 - cü ilin iyununda boru kəmərindən Rusiya neftinin revers istiqamətdə nəqli üçün istifadəsinə icazə verib. Beləliklə, tikildiyi vaxtdan neft kəməri revers rejimdə istifadə olunur ki, bu da Rusiya neftinin Brodıdan Odessaya və sonra tankerlərlə Qara dəniz boğazlarından nəqlini nəzərdə tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti