...

Elektrik paylayıcı şirkət Bakıya elektrik enerjisi verilişinin həcmini açıqlayıb

Energetika Materials 28 Yanvar 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar/ Trend /  Bakının elektrik sisteminə sutkada təqribən 30-33 mln. kilovatt-saat elektrik enerjisi verilir. Bu barədə çərşənbə günü "Bakıelektrikşəbəkə" SC-dən (Bakıda elektrik enerjisi paylanmasını həyata keçirir) bildiriblər.

Mənbə bildirib ki, SC hazırda elektrik enerjisinə görə borcu olanlarla fəal iş aparır. Bu əsasən təşviqat mahiyyəti dayışır. İşıq pulu vermək istəməyən abunəçilərə xəbərdarlıq olunur və yalnız bundan sonra pul ödənilmədiyi təqdirdə elektrik enerjisi verilişi dayandırlır.

Lakin, onun sözlərinə görə, istifadə olunan elektrik enerjisinə görə yığım tədricən artır: "Biz başa düşürük ki, qış dövründə əhali arasında evlərin isidilməsi üçün elektrik enerjisinə tələbat artır, buna baxmayaraq, ödəmə planında abunəçilərin fəallığı artan istiqamətdə gedir".

Mənbə yığım həcmini açıqlamayıb. Onun sözlərinə görə, 2008-ci ilin yekunları hazırlanır və onlar yekun hesabatda öz əksini tapacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti