Azərbaycan, Bakı, 11 fevral/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2009-cu ildə dünyanın neftə tələbatının sutkada 1,2 mln. barel azalaraq, 2008-ci ilin 85,87 mln. barelinə nisbətdə 84,7 mln. barelə düşəcəyini proqnozlaşdırır. Bu göstərici EIA-nın ötən ay proqnozlaşdırdığı göstəricidən 400 min barel azdır.
EIA-nın proqnozlarına görə, 2010-cu ildə dünyanın neftə tələbatı sutkada 1,2 mln. bareldən çox artaraq, 85,92 mln. barelə çatacaq ki, bu da dünya iqtisadiyyatının artım tempinin bərpası sayəsində mümkün olacaq.
İki il ərzində neftə tələbat artımı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrdə, xüsusilə də Çin, Yaxın Şərq və Latın Amerikası ölkələrində cəmləşəcək.
"Dünya iqtisadiyyatı EIA-nın gözləntilərindən tez bərpa olunmağa başlayacağı təqdirdə, dünyanın neftə tələbatı proqnozlaşdırılandan çox ola bilər ki, bu da öz növbəsində neftin qiymətlərinə təsir göstər bilər", - deyə məruzədə bildirilir.
EIA-nın proqnozlarına görə, 2009-cu ildə İƏİT ölkələrində neftə təlabat sutkada 1,61 mln. barel azalaraq, 46,08 mln. barelə çatacaq və 2010-cu ildə sutkada 46,09 mln. barelədək cüzi dərəcədə artacaq.
İƏİT-ə daxil olmayan ölkələrdə 2009-cu ildə neftə təlabat sutkada 0,45 mln. barel artaraq, 38,63 mln. barelə çatacaq, 2010-cu ildə isə 1,19 mln. barel artaraq, 39,82 mln. barelə çatacaq.
EIA 2009-cu ildə dünya tədarükü həcmlərinin 1,06 mln. barel azalaraq, sutkada 84,43 mln. barelə çatacağını proqnozlaşdırır. 2010-cu ildə dünya tədarüklərinin həcmi 1,72 mln. barel artaraq, sutkada 86,15 mln. barelə çatacaq.
2009-cu ildə İƏİT ölkələri sutkada 20,84 mln. barel neft tədarük edəcək ki, bu da 2008-ci ilə nisbətdə sutkada 0,1 mln. barel azdır. 2010-cu ildə bu ölkələr tərəfindən tədarük həcmləri sutkada 20,56 mln. barelədək azalacaq.
İƏİT-ə daxil olmayan ölkələrin neft tədarükləri həcmi 2009-cu ildə sutkada 63,59 mln. barelədək, 2010-cu ildə isə sutkada 65,59 mln. barelədək azalacaq.
Dövlət Enerji İnformasiyaları İdarəsi ABŞ-ın Enerji Departamentinin 1977-ci ildə Konqres tərəfindən yaradılmış Statistika Agentliyidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]