Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir A.Bədəlova/ 9-13 fevral həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $46,83/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,56/barr çoxdur.
9-13 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $48,79/barr, minimal qiyməti isə $45,59/barr təşkil edib.
Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.
9-13 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $43,17/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,63/barr çoxdur.
9-13 fevral həftəsində URALS neftinin maksimal qiyməti $45,11/barr, minimal qiymət isə $42,02/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
9-13 fevral həftəsində Brent Dated neftinin orta qiyməti $44,89/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,09/barr çoxdur.
Ötən həftə Brent neftinin maksimal qiyməti $46,84/barr, minimal qiymət isə $43,37/barr təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.
Məqalə müəlifi ilə əlaqə ünvanı: [email protected]