...

Türkmənistan prezidenti Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsini təyin edib

Energetika Materials 19 Fevral 2009 11:32 (UTC +04:00)
Türkmənistan prezidenti Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsini təyin edib

Türkmənistan, Aşqabad, 19 fevral/ Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidentinin fərmanına əsasən, Toylı Komekov xarici işlər nazirinin müavini və Prezident yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin rəhbəri təyin edilib.

Komekov 2007-ci ilin yanvarından Respublikanın Dövlət Balıq Təsərrüfatı Komitəsinə rəhbərlik edib.

Türkmənistan Azərbaycan, Qazaxıstan, Rusiya və İran ilə yanaşı, zəngin karbohidrogen və bioresurslara malik Xəzər dənizi ilə həmsərhəd ölkədir.

SSRİ-nin dağılmasından sonra Xəzərin hüquqi statusu ilə bağlı yeni sazişin qəbul edilməsinə ehtiyac yaranıb. Beş Xəzəryanı dövlət yalnız konsensus olacağı təqdirdə Konvensiyanın qəbul ediləcəyi barədə razılıq əldə edib. Buna qədər isə Sovet-İran razılaşması ilə müəyyən olunan hüquqi rejim qüvvədədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti