...

Azərbaycanda neftbitum istehsalı iki dəfə artıb

Energetika Materials 19 Fevral 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend / SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) tərkibinə daxil olan Bakı neft emalı zavodları (NEZ) - Heydər Əliyev adına (Keçmiş Azerneftyanacaq) və Azerneftyağ zavodları yanvarda 514 min ton neft istehsal ediblər. Bu müəssisələrdə neft məhsulları istehsalı ötən ilin analoji dövr göstəricisinə nisbətdə 7,9 faiz artıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, avtomobil benzini istehsalı ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 55,8 faiz, dizel yanacağı 4,8 faiz, bitum 2,2 dəfə, kerosin istehsalı 4,7 faiz artıb. Yanvarda mazut və sürtkü yağı istehsalı azalıb.

2009-cu ildə Azərbaycanda istehsal olunan neft məhsulları:

Min ton

2009-cu il yanvar.

2008-ci ilin yanvarına nisbətdə ( %-lə)

Avtomobil benzini

106,7

155,8

Kerosin

62,3

104,7

Yanacaq mazutu

101,4

68,7

Dizel yanacağı

205,9

104,8

Neftbitum

13,2

2,2

Sürtkü yağı

1,9

39,6

Nafta

22,7

100

Xəbər lenti

Xəbər lenti