Azərbaycan, Bakı, 19 fevral/ Trend /
Yanvarda Azerkimya Dövlət Şirkəti kimyəvi məhsulların istehsalını 57,5 faiz aşağı salıb (2008-ci ilin yanvar ayına nisbətən), Azərbaycanın statitska üzrə dövlət komitəsində bildiriblər.
Dövlət komitəsində bildiriblər ki, azotun istehsalı 13,1 faiz artıb. Propilenin, polietilenin, propilen spirtinin, lak və boya məmulatlarının istehsalı düşüb. Kaustik soda 2009-cu ilin yanvarından istehsal olunmayıb.
2009-cu ilin yanvar ayında kimyəvi məhsulların əsas növlərinin istehsalı:
Məhsul | 2009-cu ilin yanvar ayında istehsalı | 2008-ci ilin yanvarına olan münasibəti |
Azot (milyon kub metr) | 1 | 113,1 |
Kaustik soda (min ton) | 0 | 0 |
Propilen (min ton) | 1,3 | 57,6 |
Polietilen (min ton) | 2,5 | 58,9 |
İzopropil spirti (min ton) | 1 | 60 |
Lak və boya məhsulları (ton) | 119,3 | 99,2 |
Xlor (min ton) | 0 | 0 |