Azərbaycan, Bakı, 28 fevral / Trend Сapital / SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və onun Türkiyədəki "Petkim" neft kimyəvi holdinq üzrə alyans partnyorlarının martın əvvəllərində holdinqi xammalla təmin etmək məqsədilə neft emalı zavodunun (NEZ) tikintisi üçün ilkin lisenziya alması gözlənilir, - işlərlə əlaqəli mənbədən bildirilib.
Alyansda Turcas Petrol və Injaz Projects şirkətləri ilə "Petkim" neft kimyəvi holdinqinin 51 faiz səhminə malik olan SOCAR, neft emalı zavodunun tikintisi layihəsinin texniki-iqtisadi əsaslarının hazırlanması məqsədilə tender elan edib. Bu layihənin həyata keçirilməsi üçün SOCAR "SOCAR and Turcas Rafinery A.S." filialını təsis edib.
NEZ "Petkim" kimyəvi müəssisəsini benzinlə təchiz edəcək. NEZ-ə qoyulacaq investisiya dörd-beş milyard dollar civarında hesablanır. Zavodun gücü hər il 8-10 milyon ton təşkil edəcək.
"Petkim" neft kimyəvi kompleksinin hasilat payı Türkiyə bazarında 25-27 faiz təşkil edir. Bu göstəricinin 40 faizə çatdırılması planlaşdırılıb. Hazırda adıçəkilən neft kimyəvi kompleksin regionda aparıcı olması istoqamətində fəal işlər görülür.