...

Azərbaycan neftinin qiyməti: 23-27 fevral həftəsinin yekunları

Energetika Materials 2 Mart 2009 15:23 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 23-27 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir A.Bədəlova /  23-27 fevral həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $44,19/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $1,81/bar. çoxdur.

23-27 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $46,47/bar., minimal qiyməti isə $41,7/bar. təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,14%-dir.

23-27 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $41,26/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $2,55/bar. çoxdur.

23-27 fevral həftəsində URALS neftinin maksimal qiyməti $43,7/bar., minimal qiymət isə $39,19/bar. təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

23-27fevral həftəsində Brent Dated neftinin orta qiyməti $42,84/bar. təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $2,08/bar. çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $45,41/bar., minimal qiymət isə $40,33/bar. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti