...

Yeni "Cənub" elektrik stansiyasında istehsal olunan enerjinin ötürülməsi üçün 28 transformator quraşdırılacaq

Energetika Materials 3 Mart 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.İsmaylov /

"Azərenerji" SC-nin çərşənbə axşamı yaydığı məlumata görə, Şirvanda tikilməkdə olan 780 MVt gücə malik "Cənub" elektrik stansiyasında 28 transformator quraşdırılacaq.

Stansiyanın ərazisinə artıq 14 transformator gətirilib və tikinti işləri qrafikə uyğun şəkildə aparılır. Yeni texnologiyaların tətbiqi nəticəsində "Cənub" stansiyası mazut və qaz hesabına çalışacaq.

Stansiyanın tikilməsi Abşeron yarımadası və Azərbaycanın cənub regionunun enerji təhlükəsizliyini artırmağa yardım edəcək.  Bu həm də enerjiötürücü və enrjipaylayıcı sistemlərin iş qabiliyyətini artıracaq. Layihəni 2009-cu ilin sonunadək tamamlamaq nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti