...

Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli barədə tranzit razılaşması bu il bağlanacaq – SOCAR-ın rəhbəri

Energetika Materials 7 Mart 2009 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.İsmaylov /

Şənbə günü SOCAR şirkətinin (Azərpbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli barədə tranzit razılaşması, eləcə də xarici istifadəçilərlə qaz "alqı-satqısı barədə" müqavilələrin 2009-cu il ərzində bağlanması planlaşdırılıb.

Onun sözlərinə əsasən, "Şah-Dəniz" neft yatağının işlənməsinin ikinci mərhələsinə isə 2014-2015-ci illərdə start verilə bilər. İkinci mərhələ çərçivəsində sözügedən yataqda neft hasilatının ümumi həcmi ötənilki 9,6 milyard kub metrə qarşı 20 milyard kub metr təşkil edəcək.  

Hazırda "Şah-Dəniz" yatağında ilk mərhələdə əldə olunan qazın həcmi sutka ərzində 23 mln. kub metrdən çoxdur. Birinci mərhələ çərçivəsində Türkiyəyə 17-18 mln. kub metr, Gürcüstana isə 1,3 mln. kub metrə yaxın qaz çatdırılır.  

Hazırda yataqda dörd buruq quyusundan istifadə olunur. Yaxın günlərdə dərinliyi 7100 metr olan beşinci quyunun istifadəyə verilməsi planlaşdırılır. Quyu "Şah-Dəniz" layihəsinin texniki operatoru olan BP şirkəti tərəfindən qazılıb.

Azərbaycan hökumətinin proqnozlarına əsasən cari ildə "Şah-Dəniz" yatağında qaz hasilatı həcmi öncələr proqnozlaşdırılan illik 8,6 milyard kub metr əvəzinə 9 milyard kub metrdən artıq olacaq. Gələcək illərdə isə bu rəqəm 9,6 milyard kub metrə qədər yüksələcək.  

Azərbaycanın "Şah-Dəniz" yatağından birinci mərhələ ərzində əldə edilən qazın yekun həcmi 180 milyard kub metr təşkil edəcək.  

"Şah-Dəniz" dəniz yatağının işlənməsi barədə müqavilə 1996-cı il 4 iyun tarixində imzalanıb. BP (operator) - 25,5% payla,  Statoil Hydro - 25,5 payla, NICO - 10% payla, Total - 10% payla, LukAgip - 10% payla, ARDNŞ - 10% payla müqavilənin iştirakçılarıdırlar. "Şah-Dəniz" yatağında olan qaz ehtiyatının ümumi həcmi 1,2 trilyon kub metr civarında dəyərləndirilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti