...

ABŞ 2009-cu ildə dünyanın neft tələbatı üzrə proqnozlarını azaldıb

Energetika Materials 12 Mart 2009 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova /

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2009-cu ildə dünyanın neftə tələbatının sutkada 1,4 mln. barel azalaraq, 2008-ci ilin 85,65 mln. barelinə nisbətdə 84,27 mln. barelə çatağacını proqnozlaşdırır. Bu göstərici EIA-nın ötən ay proqnozlaşdırdığından sutkada 200 min barel azdır.

EİA-nın mart məruzəsində bildirilir ki, neftə tələbatın azalmasına dair gözləmələr cari ildə dünya iqtisadiyyatının zəif olacağı ilə əlaqədardır. EİA-nın proqnozlarına görə, 2009-cu ildə dünya ÜDM-sı 0,8 faiz düşəcək, 2010-cu ildə isə 2,6 faiz artacaq.

EİA-nın proqnozlarına əsasən, 2009-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrdə neftə tələbat sutkada 45,84 mln. barel, təşkilata daxil olmayan ölkələrdə isə sutkada 39,38 mln. barel təşkil edəcək.

Proqnozlara görə, 2010-cu ildə dünyanın neftə tələbatı 2009-cu ilin sonlarında EİA-nın gözləntilərinə görə, dünya iqtisadiyyatının bərpa olunmağa başlamasına cavab olaraq sutkada 0,88 mln. barel artacaq və 85,15 mln. barelə çatacaq.

Gələn il sutkda 45,76 mln. barel İƏİT ölkələrinin, sutkada 39,38 mln. barel isə təşkilata daxil olmayan ölkələrin tələbatlarının payına düşəcək.

EİA 2009-cu ildə dünya tədarükləri həcminin sutkada 1,93 mln. barel azalarq, sutkada 83,53 mln. barelə çatacağını proqnozlaşdırır. 2010-cu ildə proqnozlara əsasən, dünya tədarükləri sutkada 1,86 mln. barel artaraq, 85,39 mln. barelə çatacaq.   

İƏİT ölkələri cari ildə sutkada 20,79 mln.barel, bu təşkilata daxil omayan dövlətlər isə sutkada 62,74 mln. barel neft tədarük edəcəklər. 2010-cu ildə İƏİT ölkələrinin tədarük həcmləri sutkada 20,56 mln. barelədək azalacaq, təşkilata daxil olmayan ölkələrdə isə tədarük həcmləri sutkada 64,83 mln. barelədək artacaq.  

Dövlət Enerji İnformasiyaları İdarəsi ABŞ-ın Enerji Departamentinin strateji agentliyidir, 1977-ci ildə Konqres tərəfindən yaradılıb

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti