"Qazprom" və ARDNŞ Azərbaycan qazının alış-veriş şərtlərinin razılaşdırılmasına dair danışıqlara başlayır. DAF şərtlərinə əsasən qazın tədarükünə 2010-cu ilin yanvarından etibarən start verilməlidir.
İnterfaks agentliyinin "Qazprom"un məlumatına istinadən yaydığı xəbərə görə, müvafiq memorandum cümə günü Moskvada "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerlə ARDNŞ prezidenti Rövnəq Abdullayev arasında imzalanıb.
Həmçinin variantlar və təbii qazla mübadilə əməliyyatlarının reallaşdırılmasının iqtisadi faydalığı nəzərdən keçiriləcək.