...

Türkiyə yanvar-fevralda altı milyard kubmetrdən çox qaz idxal edib

Energetika Materials 29 Mart 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir E.İsmayılov /

"Yanvar-fevralda Türkiyə dövlət boru kəməri şirkəti Botas Türkiyəyə müxtəlif mənbələrdən təxminən 6,1 milyard kubmetr qaz idxal edib", - şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir. Ümumilikdə, 2008-ci ildə bu şirkət tərəfindən təxminən 38 milyard kubmetr qaz idxal edilib.

Bu aylar ərzində Türkiyənin idxal etdiyi "mavi yanacağ"ın təxminən 4,7 milyard kubmetri təbii qazın, 1,3 milyon kubmetri isə maye qazın payına düşüb.

Ümumilikdə, 2008-ci ildə Türkiyənin idxal etdiyi qazın 32,2 milyard kubmetri təbii qazın, təxminən 5,6 milyard kubmetri isə maye qazın payına düşüb.

Fevralda Türkiyədə 3,2 milyard kubmetr qaz istifadə olunub. Bir ay əvvəl bu rəqəm 3,5 milyard kubmetr olub. Ötən ay istifadə olunmuş qazın ümumi həcmindən elektrik stansiyalarına 1,5 milyard kubmetr, istehlakçılara 1,2 milyard kubmetr, sənaye müəssisələrinə 507 milyon kubmetr qaz göndərilib.

Ümumilikdə, 2008-ci ildə Türkiyədə 36 milyard kubmetr qaz istifadə olunub. 2007-ci ildə bu rəqəm 35 milyard kubmetrə bərabər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti