...

"Sumqayıtelektrikşəbəkə" Azərbaycanda su bölüşdürən inhisarçıya elektrik enerjisinin verilməsini dayandıracaq

Energetika Materials 30 Mart 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov /

"Sumqayıtelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Anar Quliyevin bu gün verdiyi məlumata əsasən, aprelin 3-ü Bakı vaxtı ilə saat 15:00-da "Sumqayıtelektrikşəbəkə" ASC "Azərsu" SC-yə daxil olan müəssisələrə elektrik enerjisinin verilməsini dayandıracaq.

"Bu tədbirlər ondan ötrü görülür ki, "Azərsu" heç olmazsa son iki ildə (2007-2008) yaranmış debit borclarını ödəsin ", - Quliyev deyib.

"Azərsu" SC-nin 2007-2008-ci illər ərzindəki debit borcu 21 mln. manat təşkil edir.

"Başlanğıc üçün onlardan son iki ildə yığılmış borcların ödənilməsi tələb olunur", - Quliyev bildirib.

"Azərsu" SC-nin "Sumqayıtelektrikşəbəkə" ASC-yə 2002-ci ilin aprelin 1-dən 2009-cu ilin martın 1-nə dək olan ümumi borcunun həcmi 47 mln. manata yaxındır.

Cari ilin yanvar-fevral aylarında "Azərsu" SC elektrik enerjisi istifadəsinə görə   "Sumqayıtelektrikşəbəkə"yə təxminən 1,7 mln. manat ödəyərək 100 min manat borclu qalıb.

"Azərsu" SC bu il istifadə edilən enerjiyə görə yaranmış borcun ödənilməsinə başlasa da əvvəlki borcları ödəmir", - Quliyev deyib.

Öncələr "Sumqayıtelektrikşəbəkə" bir neçə dəfə "Azərsu" SC-yə verilən elektrik enerjisini kəssə də tərəflər razılığa gələ biliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti