...

Qırğızıstanın şimal rayonlarında elektrik enerjisinin əhəmiyyətli dərəcədə çatışmazlığı gözlənilir

Energetika Materials 2 Aprel 2009 15:56 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 02 aprel / Trend , müxbir A.Tanayev /

Qırğızıstanın enerji ilə təmin olunması şəraiti hələ də ağır olaraq qalmaqda davam edir. Bu barədə respublikanın iki şimal vilayətini elektrik enerjisi ilə təmin edən "Şimalelektro" ASC şirkətinin press-relizində deyilir.

Toktoqulsk su anbarında su azlığı eyniadlı SES tərəfindən hasil edilən elektrik enerjisinin həcminin azalmasına səbəb olub.Bu səbəbdən iki il ərzində Qırğızıstanda elektrik enerjisinin nəzərə çarpan dərəcədə çatışmazlığı hökm sürür. Bunun aradan qaldırılması məqsədilə bütün ölkə üzrə elektrik enerjisinin planlaşdırılmış fasilələrinin qrafiki təyin olunub. Paytaxda və hər bir vilayətdə xüsusi olaraq elektrik enerjisi istehlakına limit qoyulması tətbiq olunur.

Aprel ayında "Şimalelektro" ASC Bişkək, Çuysk və Talassk vilayətlərinin abonentlərini 298 milyon 800 min kiloVatt saat elektrik enerjisi ilə təchiz etmək niyyətindədir. Cari ayın hər günü paylaşdırıcı şirkət əhalini və müəssisələri 9,96 milyon kiloVatt saat elektrik enerjisi ilə təmin edəcək. Mart ayında sərf etmə limiti 400 milyon 100 min kiloVatt saat təşkil edir.

Energetiklər əsasən özəl tikinti sektorununda gecə vaxtı elektrik enerjisini altı saatdan çox olmayaraq dayandırılar, çox mərtəbəli binaları uzun müddət elekrtik enerjisi ilə təmin etməyə çalışırlar. Onlar abonentlərin enerji istifadəsinə görə borcları məsələsinə böyük diqqət yetirirlər. Xidmət haqlarının ödənilməsi üçün paylaşdırıcı şirkətin mütəxəssisləri gündəlik 1000 istehlakçının elektrik enerjisini kəsir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti