...

Qaz bazarındakı rəqabətin artımı Azərbaycana sərfəlidir – ekspert

Energetika Materials 6 Aprel 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir E.İsmayılov /

"Qaz bazarındakı rəqabətin artımı Azərbaycanın xeyrinədir, çünki bu zaman respublika özü üçün daha sərfəli olan şərtləri ortaya qoya biləcək", - sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım fondunun başçısı Sabit Bağırov deyib.

"Ağ axın" layihəsi Xəzər qazının Rumıniya və Ukraynaya, gələcəkdə isə Mərkəzi Avropaya nəqlini nəzərdə tutur. Qaz Supsaya, yəni Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qara dənizə, oradan isə dəniz dibi ilə Rumıniyaya çatacaq.

"Bu istiqamətdə proses gedir ["Ağ axın" layihəsinin realizəsi], bu, Azərbaycana sərfəlidir, çünki qaz bazarındakı rəqabət artır və onun böyüməsi halında Azərbaycan özü üçün daha sərfəli olan şərtləri ortaya qoya biləcək", - Bağırov bildirib.

Onun sözlərinə görə, "Ağ axın" layihəsinin həyata keçirilməsi ehtimalı elə də böyük deyil. Bu layihənin realizəsi istiqamətində işlər gedir, amma "Nabukko" qaz kəmərinin tikintisində olduğu kimi yox. "Nabukko"nun tikintisi gələn il başlaya bilər, bu layihə isə 2012-ci ildən tez olmayacaq", - Bağırov qeyd edib.

Aprelin 3-də Gürcüstan hökuməti ilə White Stream Pipeline Company Limited şirkəti arasında "Ağ axın" (White Stream) qaz kəməri layihəsi üzrə qətnamə özündə çox da böyük öhdəliklər ehtiva etmir. "Bu halda tərəflər yalnız öz marağını nümayiş etdirir və layihənin realizəsinə etiraz etmir", - Bağırov deyib.

Onun sözlərinə görə, "Ağ axın" layihəsinin həyata keçirilməsində çox şey Qazaxıstan və Türkmənistanın mövqeyindən asılı olacaq.

"Ağ axın" layihəsinə əsasən, Azərbaycanın "Şahdəniz" yatağından qazı Gürcüstan ərazisindən Qara dənizin dibi ilə Ukraynaya və Aİ ölkələrinə tədarük etmək planlaşdırılır. Layihəni hazırlayanların konsepsiyasına əsasən, boru kəməri Tbilisi yaxınlığında yerləşən və təxminən 100 km uzunluğunda olaraq Gürcüstan ərazisindən Qara dənizə yönələn Cənubi Qafqaz qaz kəmərinə birləşəcək. Oradan təxminən 650 km boru ilə kəmər dənizin dibi ilə Krıma çatdırılmalı, sonra Feodosiyadan Ukraynanın tranzit sisteminə qoşulmalıdır. Alternativ plan boru kəmərinin Rumıniyaya qədər uzadılmasını nəzərdə tutur.

İlkin mərhələdə boru kəmərinin gücünün ildə səkkiz milyard kubmetr qaz olacağı gözlənilir. Belə olan halda qaz kəməri tamamilə Azərbaycanın "Şahdəniz" yatağının hesabına doldurulacaq. Sonra "Ağ axın" TransXəzər qaz kəmərinə qoşula bilər. Bu halda boru kəmərinin ikinci xətti Xəzərin dibi ilə çəkiləcək və White Stream-in gücü ildə 24-32 milyard kubmetrə qədər arta bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti