...

SOCAR şirkəti yanvar-martda qaz hasilatını artırıb

Energetika Materials 15 Aprel 2009 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend /

Yanvar-martda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) neft-qaz çixarma idarələri (NQÇİ) ölkənin affşor və onşor yataqlarından 2008-ci ilin yanvar-mart aylarında qeydə alınan 13,7 mln. barelə nisbətdə (təqribən 1,9 mln.ton) 13,2 mln. barel (təqribən 1,8 mln. ton) neft hasil edib. Bu barədə SOCAR-dan məlumat verilib.

Bu həcmin 3 mln. bareli SOCAR-ın xarici şirkətlər ilə birgə layihələrinin payına

düşüb ki, onun da 454 min bareli əməliyyat şirkətlərinin, təqribən 2,2 mln. bareli "Azəri-Çıraq-Günəşli" layihəsinin, təqribən 306 min barreli isə "Şahdəniz" yatağından çıxarılan qazkondensatın payına düşüb.

Yanvar-martda SOCAR ötən ilin analoji dövrünün 1,9 mlrd. kubmetrinə nisbətdə 2 mlrd. kubmetrdən çox qaz əldə edib.

SOCAR-ın neft-qaz çıxarma idarələri bu dövrdə 1,9 mlrd. kubmetr qaz hasil ediblər. Quruda qaz hasil edən birgə müəssisə və əməliyyat şirkətləri isə yanvar-martda SOCAR-a təqribən 19 mln. kubmetr qaz təhvil veriblər.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-martda "Azəri-Çıraq-Günəşli" yatağından SOCAR üçün 1 mlrd. kubmetr səmt qazı hasil edib. Bu göstərici ötən ilin analoji dövründə təqribən 428,3 mln. kubmetr təşkil edib.

Azərbaycanda 57 neft qaz yatağı var. Onların 18-i dənizdə, qalanları isə quruda yerləşir. SOCAR-ın əməkdaş heyəti bu gün təqribən 63 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti