...

"Nabukko" layihəsi Azərbaycansız reallaşdırıla bilməz – türkiyəli parlamentari

Energetika Materials 16 Aprel 2009 16:33 (UTC +04:00)
"Nabukko" layihəsi Azərbaycansız  reallaşdırıla bilməz – türkiyəli parlamentari

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbirlər C.Babayeva, E.İsmayılov / 

Xəzər regionu və Mərkəzi Asiya qazının Avropaya nəqlini nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikinti layihəsi Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilməz. Bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputat Şükrü Elekdağ hesab edir.

"Azərbaycan bu layihəyə dəstək verərsə, o zaman "Nabukko" reallaşdrıla bilər", - deyə cümə axşamı Bakıda keçirilən mətbuat konfrasında Elekdağ bildirib.

Deputat bildirib ki, "Nabukko" Türkiyə və Avropa İttifaqı üçün strateji və mühüm layihədir. Elekdağ bildirib ki, onun reallaşdırılacağı təqdirdə, Azərbaycan "Avropaya enerji qüvvəsi verən" dövlətə çevriləcək.

Dəyəri 7,9 mlrd. avro (10,1 mlrd. dollar) olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiya qazının Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulur.

Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi, sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödəniləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti