...

Türkiyənin Azərbaycan və Gürcüstandan alınan elektrik enerjisinə tələbatı var

Energetika Materials 17 Aprel 2009 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir E.İsmayılov /

"Türkiyəyə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün salınmasından sonra 600 meqavat elektrik enerjisi ötürmək mümkün olacaq", - cümə günü "Azərenerji" SC-nin (Azərbaycanın ən böyük enerji istehsalçısı) başçısı Etibar Pirverdiyev deyib.

"Bu layihə bir sıra texniki məsələlərin həlli, Azərbaycandan Gürcüstana gedən (bərpası vacib olan) 500 kilovoltluq elektrik ötürücü xətlərin qurulması və Gürcüstan ərazisində yarımstansiyaların tikintisi yolu ilə realizə oluna bilər", - o bildirib.

Pirverdiyevin sözlərinə görə, Türkiyəyə ötürüləcəyi gözlənilən 600 meqavat elektrik enerjisinin 450 meqavatı Azərbaycanın, 150 meqavatı isə Gürcüstanın payına düşəcək.

"İki enerji sistemlərinin (Azərbaycan və Gürcüstan) xüsusiyyətlərindən yararlanaraq biz Türkiyəyə 600 meqavat enerji ötürə bilərik. Türkiyənin buna tələbatı var", - Pirverdiyev qeyd edib. Azərbaycanda istehsal olunan elektrik enerjisinin 90 faizi İES-lərin, Gürcüstanda isə SES-lərin payına düşür.

Hazırda Azərbaycanın enerji sisteminin gücü 5 min meqavatı ötür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti