...

Azərbaycanda isbat olunmuş qaz ehtiyatları 3 trilyon kubmetri ötür – nazir

Energetika Materials 21 Aprel 2009 20:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend /

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində deyilir ki, Azərbaycanda isbat olunmuş qaz ehtiyatları 3,5 trilyon kubmetrə yaxındır. Azərbaycanın ən iri qaz-kondensat dəniz yatağı olan "Şahdəniz"də isbat olunmuş qaz yatağının həcmi 1,2 trilyon kubmetr təşkil edir.

Azərbaycanın zəngin qaz ehtiyatları Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri barədə danışmağa imkan verir. Azərbaycanla Aİ arasında enerji sahəsində maraqların üst-üstə düşməsi ölkə ilə Avropra İttifaqı arasında əməkdaşlığın daha güclü inkişafına səbəb olub.

"Azərbaycan karbohidrogenlərinin Avropaya nəqli və "Bakı-Tbilisi-Ceyhan" qaz kəmərinin tam gücü ilə işləməsi Avropa Şurası ölkələrinin enerji təhlükəsizliyində vacib rol oynayır", - məqalədə deyilir.

Enerji daşıyıcıarının təhlükəsiz və etibarlı yollarla çatdırılmasını nəzərə alaraq, Azərbaycan Avropaya öz enerji daşıyıcılarının nəqliyyat dəhlizlərinin diversifikasiyası tərəfdarı kimi çıxış edib.

"Bu səbəbdən Azərbaycan Avrasiya neft-nəqliyyat dəhlizi layihəsinə, xüsusilə də, "Odessa-Brodı" neft kəmərinə dəstək verib. Azərbaycan ölkə qazının ITGI və "Nabukko" kəmərləri vasitəsilə nəqlində maraqlı olan bütün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb", - məqalədə qeyd olunub. 

Xəbər lenti

Xəbər lenti