...

Azərbaycanın əsas isehlakçılarının aviasiya nefti ehtiyatı artıb

Energetika Materials 23 Aprel 2009 20:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend /

Aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın əsas istehlakçıları arasında mazut ehtiyatı 341,2 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 faiz azdır. Məlumatı Azərbaycan Dövlət Statistika Komitəsi verib.

Aprelin 1-nə olan məlumata görə, avtomobil yanacağı ehtiyatı 17,8 min ton təşkil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 14,8 faiz artıqdır.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatı aprelin 1-nə olan məlumata əsasən, 12,6 min ton təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 28,6 faiz çoxdur.

Əsas istehlakçıların aviasiya nefti ehtiyatı 15,4 min ton təşkil edərək 2008-ci ilin göstəricisini 36,3 faiz üstələyib.

Daş kömür istehlakçılarının yanvar-mart üzrə ehtiyatı 5,2 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün rəqəmindən iki dəfə artıqdır.

Xəbər lenti

Xəbər lenti