...

Neft və enerji ehtiyatlarının qiyməti artacaq – nazir

Energetika Materials 27 Aprel 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova, E.İsmayılov, A.Bədəlova /

XXI əsrdə ÜDM-in qlobal şəkildə artması, həmçinin müxtəlif qəbildən olan geosiyasi və sosial problemlər neft və enerji ehtiyatları qiymətlərinin artmasına təsir göstərəcək. Neft hasilatının maya dəyərinin artması da qiymətlərin qalxmasına təsir edəcək. Bu barədə bazar ertəsi Bakıda keçirilən III Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Vaxt ötdükcə o [neft] bizə daha baha başa gələcək", - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, 2007-ci ildə dünya neft sənayesinə 275 mlrd. dollar yatırılıb. Əliyev əlavə edib ki, mühüm olan, enerji ehtiyatları qiymətlərinin stabil səviyyədə dəstəklənməsidir. Lakin Əliyev bildirib ki, 2009-cu ilin fevralına olan məlumatlara görə, dünyada yeni yataqların kəşfiyyatı və hasilatına yönəlmiş 150 enerji layihəsindən 40-ı ya təxirə salınıb, ya da azaldılıb.

"Neft qiymətlərinin çox yüksək olması da problemlər yaradır. Qiymətin artması xüsusilə də neft dollarlarının böyük axınına səbəb olur ki, bu da inflyasiyaya, istehsal və iqtisadiyyatın digər sahələrində qiymət artımına gətirib çıxarır", - deyə nazir bildirib.

Konfransın təşkilatçıları qismində Britaniyanın Confidence Energy şirkəti və Azərbaycan Dövlət Neft Akademiyası çıxış edir. İnformasiya dəstəyi Trend agentliyinə məxsusdur.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti