...

Azəriqaz istehlak olunmuş qaza görə yığımın qeyri-kafi olduğunu bildirir

Energetika Materials 27 Aprel 2009 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir Ü.İsmayılova /

"2009-cu ilin ilk rübündə Azəriqaz tərəfindən istifadə olunmuş qaza görə pul yığımı 53,6 faiz - o cümlədən əhalidən 55,3 faiz təşkil edib", - bazar ertəsi mətbuat konfransında Azəriqaz rəhbərinin müavini Nazim Səmədzadə deyib.

"Yığım səviyyəsinin aşağı olmasına baxmayaraq, əhaliyə 2008-ci ilin yanvar-mart ayı ilə müqayisədə bu ilin analoji dövründə 166 milyon kubmetrdən çox qaz verilib", - Səmədzadə bildirib.

Aprelin 1-nə olan vəziyyətə görə, qaza görə ödəmənin yığılmaması səbəbindən Azərbaycanın 8 rayonu və 21 qəsəbəsinə qaz verilişi tamamilə dayandırılıb.

Apreldə ödəmədən yayınma səbəbinə görə 18,42 min abunəçiyə qaz verilişi dayandırılıb.

"Ödəmə səviyyəsi 70 faizdən az olan rayon, qəsəbə və şəhərlərə qaz verilişini dayandırmaq fikrindəyik. Biz artıq regional idarələrə tapşırıq vermişik və bunu ciddi şəkildə nəzarətdə saxlayırıq", - Səmədzadə deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti