Azərbaycan, Bakı, 13 may / Trend , müxbir А.Bədəlova /
ABŞ-ın Dövlət Enerji İnformasiyası İdarəsi (EIA) 2009-cu ildə neftə olan tələbatın sutkada 1,77 milyon barel düşərək, 83,67 milyon barelə qədər azalmasını proqnozlaşdırır. Bir müddət əvvəl EIA tələbatın sutkada 1,35 milyon barel düşəcəyini proqnozlaşdırmışdı.
EİA-nın may məruzəsində deyilir ki, neftə olan dünya tələbatı iqtisadi böhran səbəbindən aşağı olaraq qalır.
EIA-nın proqnozlarına əsasən, 2009-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OPEK) ölkələrində neftə olan tələbat sutkada 45,35 milyon barel təşkil edəcək ki, bu da ötənilki göstəricidən 1,8 milyon barel aşağıdır.
OPEK-ə daxil olmayan ölkələrdə tələbat sutkada 38,32 milyon barel təşkil edəcək ki, bu da EIA-nın ötən ay proqnozlaşdırdığı rəqəmdən 0,05 milyon barel aşağı və ötənilki tələbatdan 0,21 milyon barel çoxdur.
2010-cu ildə, EIA-nın proqnozlarına əsasən, neftə olan dünya tələbatı sutkada 0,72 milyon barel artaraq sutkada 84,39 milyon barel olacaq.
Gələn il istehlakda OPEK-in payı 45,23 milyon barel, OPEK-ə daxil olmayan ölkələrin payı 39,16 milyon barel olacaq.
EIA 2009-cu ildə neft tədarükünün həcmini sutkada 2,11 milyon barel azalaraq, 83,35 milyon barelə qədər düşməsini proqnozlaşdırır. 2010-cu ildə dünya tədarükləri sutkada 0,88 milyon barel artaraq 84,23 milyon barel olacaq.
OPEK ölkələri 2009-cu ildə sutkada 20,57 milyon barel, OPEK-ə daxil olmayan ölkələr 62,79 milyon barel neft tədarük edəcək. 2010-cu ildə OPEK ölkələrinin tədarükü sutkada 20,25 milyon barelə qədər azalacaq. OPEK-ə daxil olmayan ölkələrdə isə həcm artaraq sutkada 63,98 milyon barel təşkil edəcək.
Dövlət Enerji İnformasiyası İdarəsi ABŞ Departamentinin 1977-ci ildə Konqres tərəfindən yaradılmış enerji üzrə statistika agentliyidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]