Azərbaycan, Bakı, 14 may / Trend /
100%-lik yığımı təmin etmək məqsədilə hazırlanmış plan çərçivəsində "Bakıelektrikşəbəkə" SC mayın 18-i Bakı vaxtilə saat 12:00-dan sonra xəbərdarlıq etmədən borcu olan abunəçilərin elektrik xətlərinin ümumi enerji qovşağından kəsilməsi tədbirinə başlayacaq. Bu barədə cümə axşamı "Bakıelektrikşəbəkə"nin yaydığı məlumatda deyilir.
Enerji istifadəsinə görə borclar ödənilmədikdə abunəçilərə qarşı heç bir güzəştə gedilməyəcək.
Abunəçilərin yenidən elektrik şəbəkəsinə qoşulması isə bir neçə gün ərzində mümkün olacaq.
İstifadə edilmiş elektrik enerjisinə görə abunəçilər tərəfindən ödəmələr poçt şöbələri, banklar və birbaşa SC-nin saytı vasitəsi ilə aparıla bilər.