Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Bədəlova /
Beynəlxalq Enerji Agentliyi (BEA) 2009-cu ildə dünyada sutka ərzində neftə olan tələbatın 0,2 milyon barel azalacağını proqnozlaşdırıb. Bu barədə BEA-nın rəsmi saytında yerləşdirilən məruzədə qeyd olunub.
Yeni proqnozlara əsasən, cari ildə neftə olan tələbat sutka ərzində 2,6 milyon barel azalaraq sutkada 83,2 milyon barel təşkil edəcək.
Dünyada neftə olan tələbatın azalmasının davam etməsi dünya iqtisadiyyatının ilin sonunadək bərpaolunma ehtimalının çox cüzi olduğunu düşünməyə imkan verir.
BEA-nın məruzəsində deyilir ki, apreldə neft üzrə dünya təchizatının həcmi sutkada 83,6 milyon barel təşkil edib ki, bu da mart ayının göstəricisindən 230 min barel çoxdur. Təchizatın artmasına OPEK tərəfindən neft hasilatının artırılması oldu. OPEK ölkələrinin neft hasilatı apreldə sutka ərzində 270 min barel artaraq 28,2 milyon barelə çatıb.
OPEK-ə üzv olmayan ölkələrin 2009-cu ildə neft təchizatı ilə bağlı proqnoz Şimal dənizindəki hasilatın stabilləşməsindən və Rusiyanın son aylar hasil etdiyi neftdən asılı olaraq sutka ərzində 50 min barelə qaldırılıb. BEA-nın proqnozuna görə, sözügedən ölkələr tərəfindən təchiz edilən neftin həcmi 2008-ci ilin nəticəsi olan sutkada 50,6 milyon bareldən 50,3 milyon barelə düşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]