...

Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı İES-də yenidənqurma işləri aparır

Energetika Materials 15 May 2009 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend /

"Yaxın günlərdə Azərbaycan İES-inin üçüncü enerji blokunda yenidənqurma işləri başlayacaq", - "Azərenerji" SC -nin (Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı) cümə günü yaydığı məlumatda deyilir.

Həmçinin İES-in dördüncü enerji blokunda da yenidənqurma işləri başaçatma mərhələsindədir. Hazırda stansiyada dörd enerji bloku istismar edilir, daha ikisi isə ehtiyatdadır və ehtiyac olduqda istifadə edilə bilər.

İES-də sutkada təxminən 14-15 milyon kiloVatt/saat elektrik enerjisi istehsal edilir. Bu rəqəmin artırılması da mümkündür.

Apreldə stansiyada 733,5 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozda 3,5 milyon kilovatt/saat çoxdur.

Xəbər lenti

Xəbər lenti