Azərbaycan, Bakı, 23 may / Trend , müxbir E.İsmayılov /
Türkiyənin neft-kimya kompleksi Petkim ilə Milli Neft-Kimya Şirkəti arasında İranda metanol və polietilen istehsalı zavodunun tikintisi məsələsinə dair danışıqlar prosesi ilkin mərhələdədir. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi bildirib. SOCAR Türkiyənin Turcas şirkəti ilə alyansda Petkim neft-kimya kompleksində 51 faiz iştirak payına malikdir.
"Petkim və İran şirkəti arasında yeni istehsal obyektlərinin yaradılması üzrə memorandum imzalanıb, lakin hamısı ilkin mərhələdədir", - deyə mənbə bildirib.
Turcas-ın Direktorlar Şurasının sədri Erdal Aksoy bildirmişdi ki, Türkiyənin Petkim şirkəti və İranın Milli Neft-Kimya Şirkəti zavod tikintisinə dair müqavilə imzalayıblar. Bunun üçün bərabər iştirak payına malik birgə müəssisə yaradılacaq (50 faizin 50-yə).
Metanol istehsalı zavodunun gücü ildə 1,6 mln. ton, polietilen istehsalı isə 300 min on təşkil edəcək.
Holdinq digər ölkələrdə də müxtəlif layihələrin reallaşdırılmasında marqlıdır. Aksoy artıq Misir və Səudiyyə Ərəbistanı ilə danışıqların aparıldığını bildirib.
SOCAR nümayəndəsi bildirib ki, İran tərəfi layihənin birgə nəzərdən keçirilməsi və həyata keçirilməsi üçün çox yaxşı kommersiya təklifləri verir. "Bir neçə variant var, lakin mən ən real İran variantını hesab edirəm", - deyə mənbə bildirib.
İranda müəssisənin yaradılması Fars körfəzi ölkələrində xammalın (qaz) və elektrik enerjisi dəyərinin aşağı olması ilə izah olunur..
SOCAR/Turcas Petrol/Injaz Projects şirkətləri alyansı Petkim kimya konserninin səhm paketinin 51 faizinin satışı üzrə tenderin qalibi olub. Alyans səhm payına görə 2,04 mlrd. dollar təklif edib. Hazırda Türkiyə tələb olunan kimya məhsullarının 70-75 faizini idxal edir, SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına yatırdığı sərmayələr isə məhsul idxalının 30 faizədək azaldılmasına imkan verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]