Azərbaycan, Bakı, 29 may / Trend , müx. V.Javoronkova /
ABŞ nümayəndə heyətini iyunun 2-dən 5-dək Bakıda keçiriləcək 16-cı beynəlxalq sərgidə və "Neft və qaz, neft emalı və Xəzər neft-kimya" konfransında Avrasiya Energetika Məsələləri üzrə Dövlət Departamentinin xüsusi səlahiyyətli nümayəndəsi Riçard Morninqstar təmsil edəcək, cümə günü Trend -a ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib.
Sərginin təşkilatçıları İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı Iteca Caspian LLC şirkətidir.