...

"Nabukko" qaz kəməri Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq - Gürcüstanın Baş naziri

Energetika Materials 2 İyun 2009 12:45 (UTC +04:00)
FOTO Nika Gilauri
"Nabukko" qaz kəməri Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacaq - Gürcüstanın Baş naziri

Azərbaycan, Bakı, 02 iyun / Trend , müx. A.Bədəlova /

"Nabukko" qaz kəməri layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayacaq, Gürcüstanın Baş naziri Nika Gilauri hesab edir.

"Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkəyə çevrilir", - çərşənbə axşamı illik 16-cı Beynəlxalq  Xəzər neft və qaz, neft emalı, neft-kimya sərgisinin açılış mərasimində Gilauri bildirib.

Bu gün öz işinə başlayan beynəlxalq sərgiyə dəstəyi Azərbaycanın Energetika və Sənaye Nazirliyi və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) göstərir. Azərbaycanda keçirilən sərgiyə beynəlxalq şirkətləri cəlb edən ITE Group PLC - Iteca Caspian LLC (Azərbaycan), ITE LLC Moscow (Rusiya), EUF (Türkiyə), GIMA (Almaniya), ITE China (Çin), ITE Gulf (BƏƏ) kimi tərəfdaş şirkətlər layihə üzərində görülən işlərə cəlb edilib.

Bu il yeni şirkətlər sərgini ümumi sahəsinin 20 faizini əhatə edəcək. Sərginin sahəsinin 40 faizindən çoxu BP, Itochu, OMV, Gas International GMBH, SOCAR, StatoilHydro ASA, TOTAL, TRAO kimi məşhur şirkətlər tərəfindən tutulub.

7,9 milyard avro dəyərində olan "Nabukko" qaz kəməri qazın Qafqaz regionundan Aİ ölkələrinə çatdırılması üçün nəzərdə tutulub. Qaz kəmərinin inşası 2011-ci ilə nəzərdə tutulub, ilk tədarük 2014-cü ildə başlayacaq. Kəmərin maksimal gücü il ərzində 31 milyard kubmetr təşkil edəcək. Layihənin iştirakçıları  OMV (Avstriya),  MOL (Macarıstan),  Bulgargaz (Bolqarıstan),  Transgaz (Rumıniya), Botas (Türkiyə) и  RWE (Almaniya)-dır. İştirakçıların hər biri 16,67 faiz üzrə bərabər paya malikdir. Layihənin ümumi dəyərinin 30 faizi pay iştirakı əsasında Nabucco Gas Pipeline İnternational-ın səhmdarları tərəfindən investisiya ediləcək, qalan 70 faiz kredit hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti